Xəzərin suyu duzsuzlaşdırılır və...

Xəzərin suyu duzsuzlaşdırılır və...
SOSİAL
22:34 09.03.2018
3001

2014-2017-ci illərdə Azərbaycanda 1,6 milyon kubmetr dəniz suyu duzsuzlaşdırılıb.

AZXEBER.COM trend-ə istinadən bildirir ki, Xəzər dənizinin duzsuzlaşdırılmış suyu ətraf ərazilərdəki yaşıllıqların suvarılmasında istifadə edilib.

Yaşıllaşdırma tədbirlərinin effektivliyini, o cümlədən suvarma imkanlarının artırılması məqsədilə əlavə tikinti-quraşdırma işləri aparmadan Xəzər dənizinin suyunun duzsuzlaşdırılması zavodunun gücü 2 dəfə artırılaraq sutkada 2000 kubmetrə çatdırılıb.

 

Bakı Şirvan Kollektorunda suyun duzsuzlaşdırılaraq suvarmaya yararlı vəziyyətə gətirilməsi üçün inşa edilmiş qurğuların gücü sutkada 5000 kubmetrə çatdırılıb.

OXŞAR XƏBƏRLƏR