23.02.2016-cı il tarixdə 246 saylı mektebde "Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin əməkdaşı Səadət Abbasova və faciənin canlı şahidi Bəhram Hüseynovla şagirdlərlərin görüşü keçirildi. “Xocalı Soyqırımını Tanıtma” ictimai birliyinin əməkdaşı Səadət Abbasova birliyin fəaliyyəti barədə qısa məlumat verdi. Xocalı qaçqını, facıənin canlı şahidi Bəhram müəllim XX əsrin ən dəhşətli faciələrindən biri olan Xocalı soyqırımının insanlığa qarşı bəşəri cinayət olduğunu bildirdi,şahidi olduğu həmin gecənin kədər və niskil dolu acılarını böyük ürək ağrısı ilə iştirakçılara çatdırdı.
Həftə ərzində şagirdlərlərlə Akademik Milli Dram teatrında “Xəcalət” tamaşasına kütləvi baxışlar təşkil olundu.
Məktəbin şagird və müəllim kollektivi Bakı şəhərinin Xətai rayonunda faciə qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı “ abidəsini ziyarət etdilər.
26.02.2015-ci il tarixdə ilk dərslər “Xocalı soyqırımı-XX əsrin faciəsi” mövzusuna həsr olundu.Dərslərdə Xocalı rayonunun tarixi,coğrafi mövqeyi,facıədən əvvəl əhalinin sayı və tərkibi, iqtisadi göstəriciləri,təhsil,səhiyyə,mədəniyyət ocaqları,tarixi-mədəni abidələri, görkəmli şəxsiyyətləri,facıə nəticəsində öldürülən,ağır yaralanan,itkin düşən,girov götürülən sakinlərin statistikası,soyqırımda iştirak edən qüvvələr,Xocalı soyqırımının dünya ictimaiyyətinə tanıdılmasında “Xocalıya ədalət” kampaniyasının təsisçisi,Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın fəaliyyətinə toxunuldu,erməni silahlı qüvvələrinin vəhşiliyinin bariz nümunəsi olan videoçarx nümayiş olundu. Məktəbin akt zalında “Xocalı facıəsi ən müdhiş facıədir” adlı ədəbi-bədii gecə kecirildi. Əvvəlcə facıə qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad olundu. XX əsrin sonlarında erməni yağılarının törətdikləri misligörünməmiş vəhşiliklər səhnəciklərdə canlandırıldı, vətənpərvərlik mövzusunda şeirlər,mahnılar səsləndirildı. Xocalı façıəsini əks etdirən videocarxlar,səslənən həzin musiqilər tədbir iştirakcılarını daha da təsirləndirdi.Tədbirin sonunda şagirdlər əsgər geyimində musiqisini vətənpərvərlik ruhunda səsləndirməklə bir daha demək istədilər ki,tökülən qanlar yerdə qalmayacaq. Sonda məktəbin direktoru A.F.Bayramova çıxış edərək belə tədbirlərin keçirilməsinin tarixi həqiqətlərin öyrənilməsi baxımından zəruri olduğunu söylədi, yetişməkdə olan gənc nəslin şəhidlər qarşısındakı borclarının Xocalının düşmən əsarətindən azad etmələri olduğunu vurğuladı.



