Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı

Xocavənd və Xocalıya növbəti köç karvanları yola salındı
SOSİAL
08:51 11.03.2026
86
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.

AZXEBER.COM xəbər verir ki, Xocavənd rayonun Qırmızı bazar qəsəbəsinə və Xocalı rayonunun Xanabad kəndinə köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Belə ki, bu mərhələdə Xocavəndin Qırmızı bazar qəsəbəsinə 20 ailə - 81 nəfər, Xocalının Xanabad kəndinə isə 21 ailə - 103 nəfər köçürülüb. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
OXŞAR XƏBƏRLƏR