Bəzi bürclər dostlarının xoşbəxtliyinə sevinə bilirlər. Sevdiklərinin tərəqqisini ürəkdən qiymətləndirə bilirlər. Astrologiyada xoş gündə, şad gündə yaxınlarının, dostlarının yanında olan, dəstək nümayiş etdirən 3 bürc var.
AZXEBER.COM həmin bürcləri təqdim edir:
XƏRÇƏNG
Xərçənglər ailələrinə və yaxınlarına qarşı böyük həssaslıq göstərə bilərlər. Güclü empatiya qabiliyyətinə malikdirlər və başqalarının xoşbəxtliyindən məmnundurlar.
TƏRƏZİ
Tərəzilər ədalətli və harmoniyaya meyllidirlər. Başqalarının baxışlarını başa düşməyə çalışırlar. Yüksək empatiya qabiliyyətinə malikdirlər.
BALIQ
Balıqlar emosional olaraq dərin və empatik olurlar. Başqalarının emosional ehtiyaclarına diqqət yetirirlər və yaxınlarına kömək etməkdən həzz alırlar.
Mikayıl