Doqquz dəqiqədən çox davam edən müzakirələrdə səslər ucalır və münaqişələr geri dönüşü olmayan bir nöqtəyə çatır.
AZXEBER.COM xarici mediaya istinadən xəbər verir ki, Almaniyanın Marburqdakı Filipp Universitetinin alimləri apardıqları araşdırma nəticəsində "9 dəqiqə” sirrini kəşf ediblər.
Alimlərin sözlərinə görə, cütlüklər bir-birini sıxışdırmaq və haqlı çıxmaq üçün qışqırır və 10-cu dəqiqədə iplər qopur.
Xoşbəxt cütlüklərdə belə doqquzuncu dəqiqəyə qədər davam edən mübahisələr münasibətlərdə düzəlməz yaralar yarada bilər.
Araşdırmaya rəhbərlik edən Prof. Melanie Fischer evli olan 20-85 yaş arası 404 cütlüyün saatlarla səsyazmalarını dinlədiklərini bildirib.O deyib ki: "Həyat yoldaşları doqquzuncu dəqiqədən sonra yaxşı ünsiyyət qura bilmir və peşman olacaqları şeylər söyləyə bilirlər. Buna görə də cütlüklərə 9 dəqiqə ərzində mübahisələrini həll etməyə çalışmaları tövsiyə olunur”.
Oksana