Türkiyəli müğənni Doğuşun rəsmi instigram səhifəsində aparıcı Xoşqədəm Baxşəliyeva ilə birlikdə şəkili paylaşılıb.
Diqqət çəkici məqam aparıcının gəlinlik paltarında olmasıdır. Bu foto sosial şəbəkələrdə böyük əks-səda doğurub.
Bəziləri bunu Xoşqədəm Baxşəliyevanın Doğuşla ailə qurması kimi müzakirəyə çıxarıb, bəziləri isə reklam çəkilişləri ilə əlaqələndirib. Şəkildəki xanımın aparıcının özü yox, oxşarı olduğu da bildirilir.

