Ana olmağa hazırlaşan X.Hidayətqızının aparıcısı Günel Hümbətova olan "Yeni həyat" proqramının ideya müəllifi olduğu və ana olduqdan sonra "Xəzər"in efirinə çıxacağı şayiələri yayılmışdı.
Bir müddətdir ki, teleaparıcı Xoşqədəm Hidayıtqızının ANS TV-dən ayrılaraq yeni layihəsi ilə "Xəzər" televiziyasında işə başlayacağı deyilir.
Lakin, o, yayılan xəbərlərin doğru olmadığını sosial şəbəkədəki profilində qeyd edib:
“Mənim sevimli kanalım, ən çətin anımda yanımda olan.. Hər kəsin kanalı ANS-in şüarı necə də bizə yaxındır - "Döyüş alnımıza yazılıb!". Ay dostlar, vallah yazdığınızı oxumağa vaxtım yoxdur. Eşidirəm ki, həmişə məndən yazırsınız. Lütfən yazarkən yalan xəbər yazmayın və kimisə ləkələməyə çalışmayın.
Çünki o insanlar əldə etdiklərini öz zəhmətləri ilə qazanıblar. Ona görə də zəhmətkeş insanlara haqq etdiklərı dəyəri veriblər. Nəinki mənim, kimsənin haqqını tapdalamayıblar. Allah onlardan razı olsun! Fitnə, fəsadla məşğul olub, kimisə ləkələməyə, ara vurmağa çalışan dostlarımızı da Allah hidayət etsin!”.
Qeyd edək ki, türkiyəli müğənni Doğuşla evli olan aparıcı əkiz uşaq anası olmağa hazırlaşır.