Xulen Lopeteqi: “Qarabağ” kimi komandanı məğlub etmək sevindiricidir

Xulen Lopeteqi: “Qarabağ” kimi komandanı məğlub etmək sevindiricidir
İDMAN
01:28 20.09.2019
9717
Rəqib öz meydanında oynadığından, əvvəldə bizə çətin idi. Amma ilk qolu vurduqdan sonra işimiz daha rahat oldu.

Bunu "Sevilya”nın baş məşqçisi Xulen Lopeteqi deyib.

O, Bakıda keçirilən mətbuat konfransında "Qarabağ”a 3:0 qalib gəldikləri görüş barədə danışıb:

"Gözlədiyim "Qarabağ”ı meydanda gördüm. Hesaba baxmayaraq, rəqibimiz yaxşı komandadır. Belə komandanı məğlub etmək həqiqətən sevindiricidir.

"Qarabağ”ın APOEL-lə oyununu izləmişdim. Həmin komandanı məğlub edə bilərdiniz. Çünki yaxşı real qol vəziyyətləriniz vardı”.
///Oxu.Az
OXŞAR XƏBƏRLƏR