Şou-biznesdən tamamilə uzaqlaşan Xuraman Şuşalını başqa sferadan izləyəcik. O, sənətini milli adətlərimizdən olan “Xınayaxdı” məclislərinin təşkilinə yönəltməklə, fəaliyyətinə bu şəkildə davam edəcək. X.Şuşalı hətta ictimaiyyətin bütün təbəqəsinin büdcəsini nəzərə alaraq həm biznesninin qiymətini, həm də münasib xidmət təklifini AZXEBER.COM açıqlayıb:
“Bildiyiniz kimi bir neçə müddətdir ki, şou biznesdən uzaqlaşmışam.Vaxtımı ailəmə övladlarıma sərf edirəm.Məncə ən xeyirlisi də elə budur. Şoubiznesdən uzaqlaşmağıma baxmayaraq yenə də sənətimi davametdirirəm, yəni yüksəksəviyyədə xınayaxdı - qadın məclisləri təşkil edirəm. Qadınlardan ibarət yaradıcı kollektivim var (ansambl,fotoqraf, operatorlar, rejissor, dizayner, həttaqadınofisantlarvə.s.) Xalqımızın bu qədim adətini yüksək şəkildə nümayiş etdirirəm. Təvazökarlıqdan uzaq olsa da deyimki, mənim təşkil etdiyim xınayaxtı məclisləri digər məclislərdən qeyri –adiliyi ilə fərqlənir.Fərqliliyin nədən ibarət olduğunu açıqlamayacağam. Maraqlananlar dəvət edib, bunu əyani şəkildə görə bilərlər.
Daha qiymətlər də əvvəlki kimi yüksək deyil.Əvvəllər yarımsaatı 1500–2000 manata, bütöv məclisi 5000- 6000 manata idarə edirdimsə, hazırda bu qiymətlər tamam fərqlidir. Məclisi əvvəldən axıradək 1500–2000 manata aparıram.
Düşündüm ki 5000–6000 manata yalnız cəmiyyətin zəngin təbəqəsinin gücü çatır.Maddi baxımdan zəif insanlar isə həmişə bu qiyməti ödəmək imkanına malik deyil.Mən də bu vəziyyəti nəzərə alaraq qiymətləri kifayət qədər endirdim.Qoy hamının məclisləri arzuladığı səviyyədə keçsin”.