18:54 Cümə, 19 Iyul 2019
DÜNYA

“Yadplanetli deyiləm, buna sübutum da var” - Putin

18:51, 20.06.20194366
“Yadplanetli deyiləm, buna sübutum da var” - Putin

Canlı efirdə sualları cavablandıran Rusiya prezidenti Vladimir Putin özünün yadplanetli mənşəyi haqda dedi-qodularla bağlı açıqlama verib.

 Putin yadplanetli olmadığını və buna kifayət qədər sübutunun olduğunu deyib:

"Mənim sübutlarım və doğmalarımın, yaxınlarımın, ən nəhayət, uşaqlarımın timsalında şahidlərim var ki, mən yadplanetli deyiləm”.

 

Putin "prezident olmaqdan bezmədinizmi” sualına isə belə cavab verib:

"Mən prezident olmaqdan bezməmişəm. Bezsəydim, növbəti müddət üçün namizədliyimi irəli sürməzdim”.

 
 
Qafqazinfo
XƏBƏR LENTİ