Yağışla əlaqədar sürücülərə XƏBƏRDARLIQ

Yağışla əlaqədar sürücülərə XƏBƏRDARLIQ
SOSİAL
15:24 12.03.2018
1899
Martın 11-i axşam saatlarından başlayaraq müşahidə edilən yağışlı hava ilə əlaqədar olaraq, paytaxtın iki əsas avtomagistralı - Heydər Əliyev prospekti Buzovna dairəsinədək və Zığ dairəsi Hava limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilb. Eyni zamanda elektron lövhələrə "Sürüşkən Yol" işarəsi qoyulub. 

Bakı Nəqliyyat Agentliyindən AZXEBER.COM-a verilən məlumata görə, məqsəd yollarda hərəkətin təhlükəsizliyini təmin etməkdir. 

Sürücülərə tövsiyə edilir ki, yollardakı sürət həddinə əməl etsinlər. 

Hər birinizə rahat və təhlükəsiz yol arzulayırıq!
OXŞAR XƏBƏRLƏR