Yaponiyada 7,4 bala çatan güclü zəlzələlər baş verdi

Yaponiyada 7,4 bala çatan güclü zəlzələlər baş verdi
DÜNYA
12:09 01.01.2024
228
Yaponiyanın qərbində 7,4 bal gücünə çatan güclü zəlzələlər baş verib, yeraltı təkanlar Osaka və Kiotoda hiss edilib.

AZXEBER.COM xəbər verir ki, bu barədə ölkənin Milli Meteorologiya İdarəsi məlumat yayıb.

Məlumata görə, ölkənin bütün qərb sahilləri üçün sunami təhlükəsi elan edilib - dalğanın hündürlüyü 5 metrə çata bilər.

Yerli sakinlər dərhal sahilyanı əraziləri tərk etməyə çağırılıblar.
Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.
OXŞAR XƏBƏRLƏR