Yaponiyada Atom Elektrik Stansiyası partladı (YENİLƏNİB) (VİDEO)

MARAQLI
12:13 12.03.2011
3546

Telekanal həmçinin bildirib ki, partlayış nəticəsində stansiyanın əməkdaşları arasında xəsarət alanlar var. İlkin məlumata görə onların sayı 4-dür. 

Yaponiya höluməti əvvəlcə AES-dəki partlayışdan sonra vətəndaşlardan evlərindən çölə çıxmamağı xahiş edib. Belə ki, AES-lə sərhəddə radiasiya fonu yüksəlməyə başlayıb. Hakimiyyət sakinləri pəncərəni və kondisionerləri də bağlamağı tapşırıb. 

Daha sonra isə Yaponiya atom elektrik stansiyalarının yerləşdiyi ərazidə əhalinin evakuasiyasına başlayıb. “Nikkei” xəbər verir ki, ilkin evakuasiya AES-dən 3 km aralıda həyata keçirilib. Daha sonra əhali “Fukusima-1” və “Fukusuma-2” AES-i yerləşən ərazidən 10 km-dən 20-km-ə kimi uzaqlaşdırılıb. AES-lər bir-birindən 12 km aralı məsafədə yerləşir. 
***
Yaponiyann baş naziri Naoto Kan “Fukisimo-1” atom elektrik stansiyasında partlayış baş verən əraziyə gəlib. Yaponiya kütləvi informasiya vasitlərinin verdiyi xəbərə görə, hökumət başçısı zəlzələ və sunaminin ölkəyə, xüsuilə də Sakit okeanı boyu, şimal-şərq regionlarına dəymiş ziyanın miqyasını qiymətləndirib. 

***
Qeyd edək ki, “Fukusimo-1” AES-nin yerləşdiyi rayonda radiasiyanın səviyyəsi olduqca yüksəkdir. Yaponiya KİV-i bir saatlıq radiasiyanın miqdarının bir illik səviyyəyə bərabər olduğunu bildirib. artıq AES-in ətrafına tədbirlər görülməsi məqsədi ilə texniki avadanlıqlarla təchiz edilmiş xilasedici dəstələr göndərilib. 

Yaponiya hökuməti isə yeni sunami təhlükəsi barədə xəbərdarlıq edib. Belə ki, bu gün ölkədə yenidən 5-6,8 bal gücündə olan 30-a yaxın zəlzələ baş berib. 

Xatırladaq ki, ötən gün Yaponiyada baş verən 8.9 bal gücündəki zəlzələ nəticəsində ölənlərin sayı 1300 nəfəri ötüb. Bu barədə məlumatı ölkənin Baş Polis İdarəsi yayıb.Yaponiya hökuməti isə indiyə kimi 573 nəfərin ölməsi faktını təsdiq edib və onların rəsmi məlumatına əsasən 740 nəfər itkin düşüb.

Ölkənin şimal-şərqindəki yaşayış məntəqələrində yaşayan əhalinin əksər hissəsi sunami və torpaq sürüşməsinin təsirinə məruz qalıb. Zəlzələ və onun ardınca gələn sunami dağıntılara səbəb olub. Hava və dəmir yol nəqliyyatı iflic olub. Çox sayda uçuş və qatar təxirə salınıb. Hava limanları və vağzallarda çoxlu sayda insan qalıb.

//Ans Press

OXŞAR XƏBƏRLƏR