Yaponiyada ikinci gündür davam edən güclü zəlzələlər nəticəsində azı 48 nəfər ölüb.
Bu barədə İşikava prefekturasının rəsmiləri məlumat veriblər.
Son məlumatlara görə, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Zəlzələnin nəticələri ilə əlaqədar İşikava, Niiqata və digər ərazilərin 60 minə yaxın sakini təxliyə edilib.
Rəsmi məlumata görə, 120-yə yaxın ərazidə özbaşına təxliyə oluna bilməyən insanlar xilasedicilərin gəlişini gözləyirlər. Sosial şəbəkələrdə bununla bağlı kadrlar da yayılıb.
Həmçinin, ölkədə zəlzələyə görə fəaliyyəti dayandırılan sürət qatarlarının hərəkəti bərpa edilib.