Yaponiya Yaxın Şərqdə son vaxtlar artan gərginliyə görə Livandakı vətəndaşlarını ölkəni tərk etməyə çağırıb.
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, İran prezidenti Məsud Pezeşkiyanın andiçmə mərasimində iştirak etmək üçün gəldiyi Tehranda HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsindən sonra Yaxın Şərqdə gərginlik pik həddə çatıb.
Yaponiya Xarici İşlər Nazirliyi öz vətəndaşlarına xəbərdarlıq edib.
Nazirlikdən verilən açıqlamada bildirilib ki, Yaxın Şərqdə artan gərginliyə əsaslanaraq, Livandakı Yaponiya vətəndaşlarına ölkəni tərk etmələri ilə bağlı çağırış edilib.
Oksana