Martın 24-də Goranboy Rayon Polis Şöbəsinə (RPŞ) rayonunun Rəhimli kəndində yas mərasiminin keçirilməsi barədə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupundan AZXEBER.COM-a verilən məlumata görə, polis əməkdaşları dərhal həmin kəndə gələrək yas mərasimini başlamadan dayandırıb.
Mərasimi təşkil edilən şəxslər RPŞ-yə gətirilib. RPŞ-dən həmin şəxslərlə izahedici-profilaktiki söhbətlər aparılaraq, pandemiya qaydaları barədə bir daha məlumat verilib.
Məclisin təşkilatçısı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsi (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) ilə 200 manat məbləğində cərimə edilib.