Yasamal rayonunda avtomobildən oğurluq edən şəxs saxlanıldı

Yasamal rayonunda avtomobildən oğurluq edən şəxs saxlanıldı
KRİMİNAL
17:25 12.01.2026
435
Yasamal rayonunda oğurluq hadisəsi baş verib.
 
AZXEBER.COM xəbər verir ki, rayon sakini polisə müraciət edərək ona məxsus "Volkswagen” markalı avtomobilindən naməlum şəraitdə videoqeydiyyat qurğusu və monitor oğurlandığını bildirib. 

Yasamal RPİ 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən əvvəllər dəfələrlə məhkum olunmuş 40 yaşlı E.Hacıyev müəyyən edilərək saxlanılıb. 

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR