Yasamaldakı əməliyyat zamanı saxlanılan Ayxan Həsənlinin bacısı Aydan Həsənli videomüraciət yayıb.
"Report"un xəbərinə görə, Aydan Həsənli videomüraciətdə bildirib ki, baş vermiş hadisələrlə bağlı prezident İlham Əliyevə və birinci Birinci vitse-prezident xanım Mehriban Əliyeva şikayət ediblər:
"Biz təşəkkürümüzü bildiririk ki, bizim şikayətimizə baxıldı və lazımı tədbirlər görüldü. Polis əməkdaşlarımıza da təşəkürümüzü bildiririk ki, bizə lazımı hər cür kömək göstərildi”.