15:12 Cümə Axşamı, 20 Iyun 2019
SOSİAL

Yaşlı qadının üstünə benzin töküb yandırdılar – Azərbaycanda dəhşət

12:51, 18.05.20196184
Yaşlı qadının üstünə benzin töküb yandırdılar – Azərbaycanda dəhşət
Göygöldə dəhşətli hadisə baş verib.

AZXEBER.COM-un Baku.ws-ə istinadən verdiyi xəbərə verir ki, rayonda yaşayan 59 yaşlı Şamama Abıyeva yandırılıb.

Onu ağır yanıq xəsarətlərilə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Ona 3-cü dərəcəli yanıq diaqnozu qoyulub. Qadının vəziyyəti ağır olduğu üçün onu Bakıya gətirəcəklər.

Araşdırmalar zamanı müəyyən edilib ki, Şamama Abıyeva qonşusu Rasim Quliyev tərəfindən yandırılıb. Rasim Quliyev qonşusunun üstünə benzin töküb və onu yandırıb.

Daha sonra qaçaraq gizlənib. Polis onun axtarışlarına başlayıb.

Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ