07:07 Bazar Ertəsi, 20 May 2019
GƏNCLİK

Yaxın 10 ildə Türk İslam Birliyi yaradılacaq

15:57, 21.11.20101737
Yaxın 10 ildə Türk İslam Birliyi yaradılacaq

 

Konfransda dünya müsəlmanlarının zülmə məruz qalmasının səbəbləri və onların həlli yolları müzakirə edilib.  Konfransda birliyin eksperti Ramil Rüstəmov çıxış edərək Türk-İslam Birliyi (TİB)  modelinin hansı formada olacağı, birliyə daxil olan dövlətlərin statusu və birliyin əhəmiyyəti barəsində ətraflı məlumat verib. Onun sözlərinə görə, qurulacaq TİB bütün müsəlman və türk dövlətlərinin sevgi, qardaşlıq, sülh və əminamanlıq şəraitində yaşayacağı və hər bir dövlətin müstəqil, suveren olacağı bir birlikdir. Müsəlmanların birliyi yalnız mövcud gərgin vəziyyətin sona çatması üçün lazım olan siyasi tələbat deyil, eyni zamanda müsəlman olmağın tələblərindən biridir. 

Daha sonra bütün dünyada kitabları ilə məşhur olan, Harun Yəhya olaraq tanınan Adnan Oktarın video müraciəti yayımlanıb. Tədbir iştirakçılarını və bütün Azərbaycan xalqını Qurban Bayramı münasibəti ilə təbrik edən cənab Adnan Oktar Azərbaycan dövləti ilə Türkiyənin bir millət iki dövlət olduğunu vurğuladı. Yaxın 10 il ərzində Türk İslam Birliyinin qurulacağı müjdəsini verdi.

Tədbirə Türkiyənin Elmi Araşdırma Vəqfinin nümayəndəsi Dr.Oktar Babuna da canlı bağlandı. İslam Birliyinin nüvəsi olaraq ilk öncə türk dövlətlərinin viza-pasport və gömrük rejiminin ləğv edilməsinin vacibliyini vurğulayan Dr.Babuna digər müsəlman ölkələrinin də bu birliyə qoşulacaqlarını bildirdi. Daha sonra Dr.Oktar Babuna tədbir iştirakçıları tərəfindən ona ünvanlanan Türk-İslam Birliyi haqqında sualları cavablandırdı.

XƏBƏR LENTİ