Yaxınları Spirsin qəyyumluğa verilməsini tələb edir

Yaxınları Spirsin qəyyumluğa verilməsini tələb edir
MAQAZİN
13:43 28.10.2025
125
Məşhur müğənni Britni Spirsin yaxınları onun təcili olaraq qəyyumluğa götürülməli olduğunu bildiriblər.

AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, ailəsi müğənninin davranışından ciddi şəkildə narahatdır.

Şahidlərin sözlərinə görə, Spirs restoranın qarşısında sərxoş vəziyyətdə səndələyib və sonra dostlarının və işçilərinin yalvarışlarına baxmayaraq sükan arxasına keçib.

Məlumata görə, müğənninin yaxınları onun sinir böhranı keçirdiyini düşünürlər.

"Onun sağlamlığı yaxşı deyil və ətrafda ona həqiqətən qayğı göstərən insanlar yoxdur", - deyə sənətçinin yaxınlarıi bildirib.

Qeyd edək ki, Pop diva ilə bağlı narahatlıqlar keçmiş əri Kevin Federlinin Britninin oğullarının ətrafında nalayiq davrandığını iddia etdikdən sonra daha da artıb. olunmasından sonra daha da artıb. Müsahibədə Federlinin yeniyetmələrin anaları ilə əlaqəni məhdudlaşdırmaq qərarına gəldiyi də yazılıb. Spirsin nümayəndələri iddiaları təkzib ediblər.
 
Aysel
OXŞAR XƏBƏRLƏR