Ölkəmizin sürətlə böyüyən banklarından biri olan "Yelo Bank" ASC uğurlu fəaliyyəti sayəsində əlavə maliyyə vəsaiti cəlb edib.
AZXEBER.COM xəbər verir ki, əsas səhmdar 25 milyon manat subordinasiyalı kreditin 6 il müddətinə ayrılması barədə müqavilə imzalayıb. Bu razılaşma Bankın uzunmüddətli sabitliyinə olan yüksək inam və etimaddan xəbər verir. Beləliklə, "Yelo Bank" uzunmüddətli maliyyə resurslarından istifadə etməklə özünün kapitalizasiya və likvidlik səviyyəsinin artırılmasına nail olacaq.
İdarə Heyətinin sədri Anar Həsənovun sözlərinə görə, ayrılan vəsaitlər Bank üçün prioritet sahə olan real sektorun, xüsusən də kiçik və orta biznesin kreditləşdirilməsinə yönəldiləcək: "Subordinasiyalı kreditin cəlb edilməsi Bankın inkişafı üçün çox əhəmiyyətli addımdır. Bunun sayəsində bankımızın kapital mövqeyi güclənəcək, böyük məbləğdə likvid vəsaitlər əldə ediləcək, kreditləşmə fəaliyyəti güclənəcək. Bu, həmçinin yeni biznes layihələrinin maliyyələşdirilməsi üçün əlavə imkanlar da yaradır”.
Xüsusi subordinasiya borc öhdəliyi "Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları"na uyğun olaraq II dərəcəli kapitala aid edilir. Cari ilin fevral ayının sonuna Bankın məcmu kapitalı 63 milyon manatı keçib. Cəlb edilmiş subordinasiya vəsaiti hesabına məcmu kapitalın 89 milyon manatı keçməsi planlaşdırılır. Bu da, tənzimləyicinin tələbindən 78% çox olmaqla Bankın möhkəm kapital dayanıqlığını ifadə edir.
Bununla bərabər, 2022-ci ilin başlanğıcından "Yelo Bank"ın maliyyə nəticələrində də artım müşahidə olunur.
Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya
"Yelo Bank" – Parlaq bankçılıq!