Yəməndə Cənubi Keçid Şurası özünü buraxıb

Yəməndə Cənubi Keçid Şurası özünü buraxıb
DÜNYA
19:49 09.01.2026
93
Yəməndə Cənubi Keçid Şurası özünü ləğv edir.

Bu barədə Şura məlumat yayıb.

Şuranın üzvləri müştərək bəyanatla çıxış edərək, Həzrəmut və əl-Məhrada aparılan əməliyyatların keçirilməsi ilə bağlı qərarvermə prosesində iştirak etmədiklərini və bu əməliyyatların "cənub məsələsi"nə ziyan verdiyini bildiriblər.

Qeyd edək ki, 2017-ci ildə ölkənin cənubunda təsis olunan və BƏƏ-nin dəstəklədiyi Cənubi Keçid Şurası Yəməndən müstəqillik tələb edirdi.
 
///apa
OXŞAR XƏBƏRLƏR