Yeni bayraqdar - Elnur Məmmədli

İDMAN
15:42 04.07.2012
1839
Azərbaycan olimpiyaçılarının bayraqdarının adı açıqlanıb. 
London Yay Olimpiya Oyunlarında Azərbaycan nümayəndə heyətinin bayraqdarı cüdo üzrə olimpiya çempionumuz Elnur Məmmədli olacaq. Bunu jurnalistlərə gənclər və idman naziri Azad Rəhimov bildirib. O, Pekin olimpiadasının qızıl medalçısı olan E.Məmmədli qarşıdakı olimpiadada da uğurlu nəticə göstərməyə hazır olduğunu qeyd edidb.“Əvvəlki olimpiadalarda bayraqdarlar yüksək nəticə göstərə bilmirdilər. Onlar arasında söhbət gəzirdi ki, bayraq aparan nəticə göstərə bilmir. Bu səbəbdən, təklif etmişdim ki, bayraqdar veteran idmançımız Fərid Mansurov olsun. Lakin Elnur Məmmədli medalsız qalma təhlükəsinin olmadığını və özünü bayrağı daşımağa hazır saydığını söylədi. Ona görə də bayrağı Məmmədliyə həvalə edəcəyik”.Qeyd edək ki, Elnur Məmmədli 2008-ci il Pekin Yay Olimpiya Oyunlarının qalibi, ikiqat Avropa çempionudur.

OXŞAR XƏBƏRLƏR