Nazirlər Kabinetinin formalaşması son günlər ən çox müzakirə olunan mövzulardan biridir.
AZXEBER.COM xəbər verir ki, nazirlər kabineti üzüvlərinin bir qismi təsdiq edilsə də, digərləri hələ də müəyən edilməyib. Bir məqam xüsusi diqqət çəkir ki, görən yeni nazirlər kabinetində qadın kadrlar özlərinə yer tapacaqlarmı?
Düzdür son illər bir çox hökümət strukturlarında çalışan qadın kadrların xüsusi çəkisi artsa da, yüksək vəzifəli məmurlar arasında onların sayı çox azdır. Məlumdur ki, Azərbaycanda səhiyə sistemində çalışan mütəxəssislərin sayı çoxluq təşkil edir. Səhiyyə naziri vəzifəsinə Azərbaycanda qadın namizədlər də var.
Siyasi kuluarlarda gəzən söhbətlərə görə bu namizədlərin arasında tanınmış həkim, tibb elimləri namizədi, Mərkəzi kilinikanın qadın mərkəzinin rəhbəri, Avropa Reproduktologlar Elmi Cəmiyyətinin üzvü Mahirə İsmayılovanın da adı çəkilir. Bir çoxlarının fikrincə bu xanımın səhiyyə sistemində adının çəkilməsinə daha çox şansı var.
Məlumata görə M.İsmayılova öz sahəsində aparıcı mütəxəssis olmaqla, həm respublika daxili, həm də respublikadan kənarda kifayət qədər tanınır. M.İsmayılovaya eyni zamanda idarəçilik təcrübəsinə də malikdir. Onun rəhbərliyi altında Mərkəzi Klinikanın qadın mərkəzi, qadınlara göstərilən tibbi xidmət sahəsində dünya standartlarına uyğun fəaliyyət göstərir. Bu mərkəz rekord sayda muayinə və cərrahi əməliyyatlar edərək, Mərkəzi klinikanın dayaq sütunlarından birinə çevrilmişdir.
Tibbi sığorta proqramının reallaşmasının gözləyən respublikamız üçün dövlət və özəl tibb sektorlarının işini mükəmməl bilən və onların düzgün koordinasiyasının apara biləcək bir mütəxəssisin səhiyyə naziri vəzifəsinə təyin olunması daha məqsədə uyğundur. Yetərli qədər cəmiyyətdə tanınan M.İsmayılovanın xarici ölkələrin klinikalarındakı iş təcrübəsi, həm də bir sıra əcnəbi elm müəssələrində olan əməkdaşlığı onun bu vəzifənin öhdəsindən layiqincə gəlməsinə və Azərbaycan səhiyyəsinə yeniklər gətirəcəyinə ümid verir.
Mahirə İsmayılovanın iqtidaryönümlü mövqe tutması onun şanslarını daha da artırır.