“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək

“Yeni Üfüq”: gənclər üçün bərabər imkanlar və dayanıqlı gələcək
SOSİAL
22:25 24.01.2026
1049
SOCAR Midstream Gas Operations və Cənubi Qafqaz Boru Kəməri tərəfdaşlarının dəstəyi ilə həyata keçirilən "Yeni Üfüq” sosial layihəsi həssas qrupa aid 80 gəncin peşə bacarıqlarının artırılmasını və əmək bazarına çıxışını hədəfləyir.

23 yanvar 2026-cı ildə Bakıda valideyn himayəsindən məhrum gənclərin məşğulluq imkanlarının genişləndirilməsinə və bərabər inkişaf hüquqlarının təmin olunmasına yönəlmiş "Yeni Üfüq” layihəsinin rəsmi açılış mərasimi və Maraqlı Tərəflərin İştirakı Forumu keçirilib. Hilton Bakı otelində təşkil olunan tədbirdə dövlət qurumları, özəl sektor, qeyri-hökumət təşkilatları və layihə tərəfdaşları iştirak ediblər.

Layihə SOCAR Midstream Gas Operations (SOCAR MGO) və Cənubi Qafqaz Boru Kəməri (CQBK) tərəfdaşları tərəfindən maliyyələşdirilir, icrası isə HBN Group MMC-yə həvalə olunub.

Açılış mərasimində çıxış edən SOCAR Midstream Gas Operations şirkətinin İcraçı Direktoru Polad Rüstəmov bildirib ki, layihə SOCAR-ın sosial məsuliyyət yanaşmasının mühüm tərkib hissəsidir: "Hər bir gəncin sosial statusundan asılı olmayaraq bərabər inkişaf hüququ var. ‘Yeni Üfüq’ bu hüququ real imkanlara çevirən təşəbbüsdür və gənclərin peşə bacarıqlarının inkişafına, cəmiyyətə və əmək bazarına inteqrasiyasına xidmət edir.”

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirinin müavini İndira Hacıyeva isə çıxışında layihənin gənclərin sosial müdafiəsinin gücləndirilməsi, bərabər imkanların yaradılması və dövlət–özəl sektor əməkdaşlığının inkişafı baxımından əhəmiyyətini vurğulayıb.

Tədbirdə, həmçinin tərəfdaş qurumların və aidiyyəti dövlət orqanlarının nümayəndələri çıxış ediblər.

"Yeni Üfüq” layihəsi valideynlərindən birini və ya hər ikisini itirmiş, yaxud valideyn himayəsindən məhrum olmuş 15–18 yaş arası 80 gənci əhatə edir. Layihə çərçivəsində iştirakçılara ofis meneceri, satış və kassir, aşpaz və qrafik dizayner ixtisasları üzrə peşə təhsili, praktiki məşğulluq imkanları və psixososial dəstək təqdim olunacaq. Layihə 10 ay müddətində icra ediləcək.

Tədbirdə Dövlət Məşğulluq Agentliyi, Sosial Xidmətlər Agentliyi, KOBİA, Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA), parlament komitələrinin nümayəndələri, uşaq evləri və internat məktəblərinin rəhbərləri, eləcə də müxtəlif sahələr üzrə özəl sektor şirkətləri təmsil olunub.

Təlim proqramları milli peşə standartlarına uyğun hazırlanıb. İştirakçılar yekun qiymətləndirmələrdən sonra TKTA tərəfindən rəsmi sertifikatlarla təmin ediləcək, Dövlət Məşğulluq Agentliyi ilə əməkdaşlıq çərçivəsində məşğulluq və təqaüd dəstəyi imkanları da nəzərdə tutulur.

Layihə gənclərin məşğulluğunun artırılmasına, həssas əhali qruplarının sosial müdafiəsinə və Dayanıqlı İnkişaf Məqsədi 8 – Layiqli Əmək və İqtisadi Artım üzrə milli prioritetlərin icrasına töhfə verir. Əsas hədəf iştirakçılar arasında ən azı 80 faiz məşğulluq səviyyəsinə nail olmaqdır.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
18:21 09.06.2026
Aybəniz Haşımovanın paylaşımı sevənlərini qorxutdu - FOTO
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
18:10 09.06.2026
“Turan Tovuz” kapitanı ilə yollarını ayırdı
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
17:56 09.06.2026
SİMA platformasının istifadəçi bazası 7 milyona yaxınlaşıb
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
17:47 09.06.2026
“Azərlotereya” və Liv Bona Dea Hospitalı qadın sağlamlığı mövzusunda görüş təşkil etdi - FOTOLAR
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
17:35 09.06.2026
Pensiya və maaşları istənilən bankdan ala biləcəyik
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
17:25 09.06.2026
DİN-dən əməliyyat - 72 kq narkotik vasitə dövriyyədən çıxarıldı
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
17:10 09.06.2026
Azərbaycanda “şortik” problemi niyə bitmir? - Sosioloqdan açıqlama
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
16:43 09.06.2026
“Rəqəmsal məktəb”də şagirdlər üçün rəqəmsal tədris köməkçisi istifadəyə verilib
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
16:40 09.06.2026
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırıldı
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
16:20 09.06.2026
Sağlam ürək üçün rasionunuza əlavə etməli olduğunuz qidalar - SİYAHI
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
16:11 09.06.2026
Bu şəxslərə 600 manat verilir – Əlavə güzəştlər də var
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
16:08 09.06.2026
Ceyhun Salmanovun məhkəməsi: Tarix açıqlandı
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
15:49 09.06.2026
Azercell müştəri məmnuniyyəti üzrə beynəlxalq sertifikasiyasını yenilədi
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
15:21 09.06.2026
Masallıda 7 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
15:06 09.06.2026
Hikmət Hacıyev: "Azərbaycanda mina qurbanlarının sayı 3500 nəfəri keçib"
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda
14:54 09.06.2026
"İnsanın nitq qüsuruna görə hədəfə alınması..." - Razi Nurullayev deputat həmkarı haqda