Yeni istifadəyə verilən "Threads"lə bağlı İlon Maskdan REAKSİYA

Yeni istifadəyə verilən "Threads"lə bağlı İlon Maskdan REAKSİYA
DÜNYA
16:00 06.07.2023
505
Bu gün Meta-nın Twitter-ə rəqib olaraq yaratdığı "Threads" sosial platforması giriş üçün açılıb.
 
AZXEBER.COM xəbər verir ki, "Threads"ın fəaliyyətə başlaması ilə əlaqədar İlon Maskdan paylaşımlar gəlib.

Mask paylaşımdan gülərək yazıb ki, o "Threads"ı "Twitter"in bir nüsxəsi olaraq görür və "Threads"in yalnız kopyala-yapışdır klaviaturasından istifadə edəcəyini bildirib.

Mask başqa bir şərhində "Threads"ı "Fake İnstaqram"a bənzədərək maraqlı şərh yazıb və "İnstagramın ağrıları gizlədən saxta xoşbəxtliyinə qərq olmaqdansa, Twitter-də tanımadığım insanların hücumuna məruz qalmağı üstün tuturam", - deyib.
 
Qeyd edək ki, 4 saat əvvəl işə düşən "Threads" sosial şəbəkəsinə dünyada 5 milyondan çox şəxs daxil olub.
 
Mikayıl
OXŞAR XƏBƏRLƏR