Yeni Kaledoniyaya etirazlar zamanı dəymiş ziyanın həcmi açıqlanıb

Yeni Kaledoniyaya etirazlar zamanı dəymiş ziyanın həcmi açıqlanıb
DÜNYA
18:56 21.05.2024
146
Yeni Kaledoniyada etirazlar zamanı sahibkarlara dəyən zərərin məbləği 1 milyard avroya çata bilər.

Bu barədə Yeni Kaledoniyanın Ticarət və Sənaye Palatasının sədri David Qiyen məlumat verib.

"İndiyədək olan məlumatlara əsasən, zərərin məbləği 1 milyard avroya yaxınlaşır”, - o, "France Culture” radiosuna açıqlamasında deyib.

Onun sözlərinə görə, bu, sənayedən ticarətə qədər iqtisadiyyatın bütün sektorlarına, xüsusilə də avtomobil satıcılarına təsir göstərib.

Xatırladaq ki, Yeni Kaledoniyada mayın 15-də 12 gün müddətinə fövqəladə vəziyyət elan edilib.
 
///Report
OXŞAR XƏBƏRLƏR