Rusiya Finlandiya sərhədinə ağır texnikalar göndərir.
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov Finlandiya və İsveçin NATO-ya daxil olmasını səhv addım adlandırıb.
O bildirib ki, bu addım böyük fəsadlarla nəticələnə bilər: "Finlandiya və İsveçin NATO-ya daxil olması çox böyük fəsadları olan səhv olacaq. Heç kimdə Rusiyanın vəziyyətlə barışacağına dair illüziyası olmamalıdır".