'Yeni ulduz'dan opera səhnəsinə gəldi

MAQAZİN
15:32 07.12.2012
1584

Əsasən rusdilli ifaçı kimi tanıdığımız müğənni Cahangir Qurbanov opera səhnəsinə gəldi.

AZXEBER.COM-un məlumatına görə, hazırda Bakı Musiqi Akademiyasında ikinci ali təhsilini davam etdirən ifaçı Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrına dəvət edilib. Səsi və xarizmatik xarici görünüşü ilə rejissorların diqqətini cəlb edərək teatrda solist kimi işə başlayıb. Teatrda qısa müddətli fəaliyyətinə baxmayaraq, artık iki operada əsas rolları oynayır. O, "Leyli və Məcnun" operasında "Nofəl", "Sevil" operasında isə "Atakişi" obrazlarını yaradıb.

Canahgir Qurbanov ən böyük arzusunun məşhur La Skala Operasının səhnəsində çıxış etmək olduğunu deyir: "Hədəfim məşhur La Skala Teatrının səhnəsidir. Opera və Balet Teatrı kimi sənət ocağında xalq artistləri Azər Zeynalovla, Mənsum İbrahimovla eyni səhnəni bölüşmək, onlarla tərəf müqabili olmaq əlbəttə ki, mənə stimul və güc verir. İnanıram ki, bu arzuma çatacam."

OXŞAR XƏBƏRLƏR