Yerli Avropa bankının Azərbaycan bayrağına sevgisi! - FOTO

İQTİSADİYYAT
13:31 25.05.2018
8518
AZXEBER.COM xəbər verir ki, Azərbaycan Xalq Cümhuriyyətinin 100-cü ildönümü ilə əlaqədar bir sıra maraqlı aksiyalar keçirən AccessBank daha bir addımı ilə diqqət çəkib.

Belə ki, adıçəkilən bank baş ofisini dövlət bayrağına bürüyüb. Bundan başqa, bankın bütün filiallarında (həm paytaxt, həm də regional) da üçrəngli bayrağımız dalğalanır.

Bank tərəfindən atılan bu addım olduqca müsbət əks-sədaya səbəb olub. Sosial şəbəkələrdə yayılan fotolar və yazılan şərhlər bunun isbatıdır. 100% xarici kapitallı bankın (AccessBank-ın şüarı - "Sizin yerli Avropa bankınız!"-dır) Azərbaycan bayrağına sevgisini bu formada nümayiş etdirməsi də sosial şəbəkə istifadəçilərinin diqqətindən qaçmayıb.
 

 


OXŞAR XƏBƏRLƏR