20:11 Cümə, 20 Iyul 2018
SOSİAL

Yevlaxda ağır yol qəzası baş verib

21:43, 16.04.20182525
Yevlaxda ağır yol qəzası baş verib

Yevlaxda ağır yol qəzası baş verib.

 

Hadisə Yevlax rayonu ərazisində baş verib.

 

"VAZ-2106” markalı  "66 BM 071” dövlət qeydiyyat nişanlı avtomobil yüksək sürətlə hərəkət edərək idarəetməni itirib və yol kənarına düşüb.

 

İlkin məlumata görə, hadisə nəticəsində ölən və yaralananlar var. Yaralılar Yevlax Mərkəzi Rayon xəstəxanasına çatdırılıb. Hadisə şahidlərinin verdiyi məlumata görə,  qəza zamanı avtomobildə  4 nəfər olub.  

 

Hazırda qəzanın səbəbləri və zərərçəkənlərin şəxsiyyətləri müəyyənləşdirilir.

 


XƏBƏR LENTİ