14:20 Cümə Axşamı, 21 Iyun 2018
SOSİAL

Yevlaxda qəzaya düşən mikroavtobusu kim sifariş edibmiş? - Nazirlik məlumat yaydı

10:34, 12.03.2018892
Yevlaxda qəzaya düşən mikroavtobusu kim sifariş edibmiş? - Nazirlik məlumat yaydı
Daxili İşlər Nazirliyi Yevlaxda içərisində şagirdlərin olduğu avtobusun qəzaya uğraması ilə bağlı məlumat yayıb.

AZXEBER.COM xəbər verir ki, məlumata görə, bu gün saat 9:00 radələrində Bakı-Qazax avtomobil yolunun Yevlax rayonu ərazisindən keçən hissəsində "QAZ-53" markalı yük avtomobili ilə eyni istiqamətdə hərəkətdə olan "Ford Tranzit" markalı mikroavtobus toqquşub.

Toqquşma nəticəsində mikroavtobusda olan 17 sərnişindən 5 nəfər xəsarət alaraq Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan 3-nün vəziyyəti stabil, 2 nəfərinki isə orta-ağırdır. Mikroavtobusun sərnişinləri, əsasən Aran qəsəbəsindən Yevlax şəhərinə sınaq imtahanına gedən 9-cu sinif şagirdləri olub və qəzaya uğradıqları mikroavtobus həmin şagirdlərin müəllim və valideynləri tərəfindən şifahi sövdələşmə yolu ilə sifarişi həyata keçirən nəqliyyat vasitəsi olub.

Faktla bağlı müvafiq araşdırma aparılır.
XƏBƏR LENTİ