Yol polisi bu sürücüləri də cərimələyəcək - Reydlər başladı

Yol polisi bu sürücüləri də cərimələyəcək - Reydlər başladı
SOSİAL
12:38 27.01.2017
13960

 

Yol polisi Bakı şəhərinin müxtəlif ərazilərində, xüsusi ilə mərkəz hissələrdə reydlər keçirir.

Bu barədə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov bildirib. V.Əsədov qeyd edib ki, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə nəqliyyat vasitələrinin dayanma-durma qaydalarını pozması, piyadaların vurulması və sərnişindaşımada nizam intizamın yaradılması məqsədi ilə Bakının bütün yol polisləri səfərbər edilib: "Xüsusi ilə mərkəzi hissələrdə çox ciddi tədbirlər görülür. Qadağan edilmiş yerlərdəki park edilmiş avtomobillər ya evakuasiya edilir, ya da yol polisi avtomobillərindəki bort-kompüterlər vasitəsi ilə həmin sürücülər barəsində elektron protokol tərtib edilir. Nə qədər sürücülər bu kimi məsələlərə etinasız yanaşacaqlar, reydlər davam etdiriləcək. Biz bir daha bütün sürücüləri nizam-intizama davət edirik”.

V.Əsədov əlavə edib ki, reydlər zamanı binaların ətrafındakı ümumi istifadə edilən yollarda, yaşayış yerinin yaxınlığından keçən yolda qaydaları pozaraq avtomobil saxlamış, yolun hərəkət hissəsini zəbt etmiş sürücülər də məsuliyyətə cəlb edilir: "Bu kimi hallar da inzibati məsuliyyət yaradır və bu gün başqasının yolunu kəsib avtomobil saxlayan sürücü düşünməlidir ki, sabah eyni vəziyyətlə özü qarşılaşacaq. Belə sürücülərdən istəyimiz həm də odur ki, öz nömrələrini yazıb avtomobilin şüşəsinin qarşısına qoysunlar çünki belə halla qarşılaşanlar vaxt itirir və səs siqnalını verməklə evdə oturanları da narahat edirlər”.

///Lent.az

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
BMT Ukraynada atəşkəsi alqışlayacaq
00:30 13.03.2025
BMT Ukraynada atəşkəsi alqışlayacaq
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
00:11 13.03.2025
Azərbaycan millisi Xorvatiyada güllə atıcılığı üzrə Avropa Çempionatında bürünc medal qazanıb
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
23:57 12.03.2025
Polşanın Baş naziri Avropanın təhlükəsizliyi ilə bağlı Ərdoğandan kömək istəyib
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
23:51 12.03.2025
Goranboyda yanacaqdoldurma məntəqəsində yanğın olub
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
23:32 12.03.2025
On bir yaşlı azərbaycanlı ABŞ-də olimpiadaya vəsiqə qazanıb-FOTOLAR
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
23:21 12.03.2025
Putin Ukrayna ordusunun hücumundan sonra ilk dəfə Kursk vilayətinə səfər edib
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
23:11 12.03.2025
Trampın xüsusi nümayəndəsi bu həftə Moskvaya səfər edəcək
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
23:00 12.03.2025
Avropa çempionatı: Azərbaycanın daha bir qadın güləşçisi qızıl medal qazanıb
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
22:56 12.03.2025
Azərbaycanın yunan-Roma güləşçisi Avropa çempionatında finala yüksəlib
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
22:41 12.03.2025
Tramp əvvəllər sülh istəməyən Zelenskinin indi sülhə razı olduğunu deyib
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
22:33 12.03.2025
Komitə sədri: Azərbaycan yerləşdiyi region ölkələri sırasında bütün parametrlər üzrə önə çıxmağı bacardı
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
22:23 12.03.2025
Azərbaycan universitetləri dünyanın ən yaxşılarının reytinqində
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
22:20 12.03.2025
Azərbaycan XİN Pakistanda sərnişin qatarındakı terror aktı ilə bağlı bəyanat yayıb
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
22:13 12.03.2025
Tramp: Ukrayna ilə bağlı danışıqlarda ərazilər mövzusu müzakirə olunur
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
21:51 12.03.2025
Kürdəmirdə qatarın qarşısına qəfil insan çıxması faciə ilə nəticələniib
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib
21:42 12.03.2025
Beynəlxalq Cinayət Məhkəməsi Filippinin sabiq prezidentini həbs edib