Yol polisi deputatın maşınını saxladı

SOSİAL
15:38 15.04.2016
3920
Milli Məclisin bu gün keçirilən iclasında deputatlar yol polisi ilə bağlı şikayətlərini səsləndiriblər.
AZXEBER.COM Trend-ə istinadən bildirir ki, deputat Tahir Kərimli çıxışında bildirib ki, Milli Məclisə gələn zaman yol polisi əməkdaşları onu saxlayıb, lakin cəriməni yerində ödəməyə imkan verməyiblər.
T.Kərimli deyib ki, yol polisi əməkdaşları qanuna-zidd hərəkət edərək, deputat toxunulmazlığına da məhəl qoymayıb.
Deputat Fəzail Ağamalı da yol polisi əməkdaşlarından şikayət edib. O qeyd edib ki, bu məsələyə birdəfəlik son qoyulamlıdır.

OXŞAR XƏBƏRLƏR