Satıcıların sözlərinə görə, alver 2-3 dəfə azalıb. Ziyana işlədiyini görən şəxslər isə obyekti bağlamağı seçiblər.
AZXEBER.COM Xezerxeber.az-a istinadən xəbər verir ki, məsələ ilə bağlı Yerüstü Nəqliyyat Agentliyindən bildirildi ki, mümkün yerlərdə vətəndaşların və biznes subyektlərinin istəkləri nəzərə alınaraq xüsusi hərəkət zolaqlarında minik avtomobillərinin sərnişinlərinə qısamüddətli minib-düşmək üçün şərait yaradılıb. Bu günə qədər ümumilikdə 16 küçə və prospektdə 27 məntəqədə minib-düşmə yeri təşkil edilib və təhlillərin nəticəsinə uyğun olaraq proses davam etdirilir. Minik avtomobilləri ətrafda yaradılan parklanma yerləri, kəsişən, birləşən küçələrdəki münasib yerlərdə nəqliyyat vasitlərini saxlaya bilərlər. Qeyd edək ki, sözügedən köşklərin yerləri dəyişilə biləndir. Bu səbəbdən həmin obyektlər nəqliyyata mane olmayan yerlərdə quraşdırıla bilər.










































