"Sən sözə sığmırsan" - Ramil həyat yoldaşını belə təbrik etdi

"Sən sözə sığmırsan" - Ramil həyat yoldaşını belə təbrik etdi
MAQAZİN
10:13 09.02.2026
2839
Aktyor Ramil Babayev sosial mediada paylaşımı ilə diqqət çəkib.
 
AZXEBER.COM xəbər verir ki, o, həyat yoldaşının doğum gününü romantik sözlər ilə təbrik edib.
 
"Bəzən söz tapmıram səni anlatmağa. Çünki sən sözə sığmırsan. Sən yorulanda kürəyimi söykədiyim dağ, darıxanda sığındığım evsən. Sən doğulduğun gün dünya bir insanı, mən isə səni tanıdığım gün bütün dünyanı qazandım. Hər gülüşün evimizi isidir, hər baxışın içimi sakitləşdirir. Yeni yaşın sənə sağlamlıq, arzularına cəsarət, bizə isə daha çox xatirə gətirsin. Ad günün mübarək, həyat yoldaşım. Səninlə keçirdiyim həyat mənim ən sevdiyim hekayəmdir".
 
Qeyd edək ki, Ramil Babayev Nigar adlı xanımla ailəlidir. Onların iki övladı var.
 
Aysel
 

OXŞAR XƏBƏRLƏR