"YouTube"də lüks avtomobillərin üstündən tullanan şəxsə qadağa qoyuldu

"YouTube"də lüks avtomobillərin üstündən tullanan şəxsə qadağa qoyuldu
DÜNYA
15:35 07.08.2024
100
Sosial media fenomeni IShowSpeedə, hərəkətdə olan lüks avtomobilin üstündən tullandıqdan sonra müvəqqəti olaraq YouTube-dan istifadəsinə qadağa qoyuldu.
 
AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, yüksək enerjili şouları ilə tanınan məşhur Youtube istifadəçisi IShowSpeed, lüks avtomobillərin üstündən tullandıqdan sonra Youtube-da qadağa qoyulub.
 
Avqustun 3-də Lamborghi və McLaren-in üstündən tullanan Speed ​​videoda "Bunu etməyə çalışmayın" deyərək izləyicilərinə xəbərdarlıq etsə də, YouTube bunu tapa bilməyib və fenomenə qadağa qoyub. Buna görə Speed ​​​​2 həftə canlı yayım edə bilməyəcək.
 
Speed ​​qadağaya etiraz edib və "X" hesabından məlumat verəcəyini açıqlayıb.
 
Video YouTube-da yaş məhdudiyyəti ilə yayımlanıb. Görüntülərdə arxa planda polis maşınları əks olunub. Speed ​​​​-in lazımi icazələri alaraq bu videonu çəkdiyi vurğulanıb.
 
Oksana

OXŞAR XƏBƏRLƏR