Yük avtomobilindən akkumulyator oğurlayıb satan şəxs saxlanıldı

Yük avtomobilindən akkumulyator oğurlayıb satan şəxs saxlanıldı
KRİMİNAL
17:54 26.02.2026
379
Sabunçu rayonu ərazisində naməlum şəxs yük avtomobilindən 1200 manat dəyərində iki ədəd akkumulyator oğurlayıb.
 
AZXEBER.COM xəbər verir ki, Sabunçu RPİ 12-ci Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə talama əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 41 yaşlı S.Həsənov müəyyən edilərək saxlanılıb. Həmin şəxs taladığı akkumulyatorları satıb.
 
Araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR