Yunsan nədi və ya kimdi? Yunsan bəlkə unitaz buraxan bir şirkətdi, bəlkə də soyuducudu?Yunsan deyəndə ağlınıza ilk olaraq nə gəlir? Zombimi? Vampirmi? Təsəvvür edin hər kəsin bir adı var: Yunsan. Adın nədi? Mən Yunsan 5556, mən Yunsan 12345. Yunsan 1331 və Yunsan 1369-un toy mərasimi. Gəlsin bəyimizi təbrik etsin onun əmisi Yunsan 1256.Bəs yaxşı bu yunsan nə hoqqadı belə, hardan çıxdı birdən-birə, yoxsa bu da Amerikanın oyunudu kimi suallar yaranacaq sizdə. Səbirli olun. Siz də bir az düşünüb yunsanlıq haqda düşünməyə çalışın. Nə və ya kim ola bilər axı bu lənətə gəlmişlər? Hə?Yunsanlar eradan əvvəl yaranıb inkişaf edib indiki dövrümüzə qədər gəlib çıxıblar. Əbədi düşmənlərini-inqoları məğlub edib daimi hakimiyyətə yiyələnmişlər. Yunsanlar şanlı tarixi yol keçərək, həyatın sərt döngələrində stop eləyə bilmiş bir toplumdu. Özlərinin qayda-qanunları, konstitusiyası var. Yer kürəsindəki bütün bəşəriyyət yunsanlar kimi olmaq istəyir, onları özlərinə örnək götürürlər. İnsanların çoxu artıq yunsanlar kimi yeriyir, geyinir və onların yediyi yeməklərdən yeyirlər. İnsanlar da artıq sürətlə yunsanlaşır. Bu yoluxucu infeksiyadan da betər epidemiyadı. Yunsanlıq, yunsanizm, yunsanologiya kimi terminlər də sonradan meydana gəlmiş və sürətlə eldən-elə, dildən-dilə keçmişdi.Bəli, artıq təxmin edə bilərsiz ki, yunsan nə playstation, nə komputer, nə də Amerikanın oyunudu. Yunsan insan da deyil, heyvan da. Yunsan sfinks kimi bir şeydi. Ancaq canlı məxluqdurlar. Nəfəs alır,yeyir, içir, sidiyə də gedə bilirlər. Yunsan iki müqəddəs ünsürün-qoyunla insanın cinsi əlaqəsindən yaranan əcaib-qəraib məxluqdu. Yəni qoyunla insanın hibrididi. Başqa cür desək remiksdi. İki fərqli mədəniyyətin remiksi: qoyunluğun və insanlığın. Yunsanlar insanlar kimi danışa, qoyunlar kimi isə mələməyi bacarır. Bütün yunsanlar otla qidalanır. Bir sözlə yunsanlar qoyunların və insanların bütün cəhətlərini özündə birləşdirən qutsal varlıqlardı.Etiraf edim ki, mən də onlardan biriyəm. Peşman olduğumu düşünməyin hətta çox xoşbəxtəm. Dörd il bundan qabaq universitetə daxil olduqdan sonra yunsanlaşmağa başladığımı hiss etdim. Universitetdə yunsanlaşma təbliğatı aparılırdı, orada hər kəs yunsanlığın bir üzvü sayılırdı. Bizi qoyun kimi mələmək və otlamaq üçün örüşə aparırdılar. Yəni, bir gün qoyun, bir gün insan olurduq. Və indi də içimdə qəribə bir hiss var. Hiss edirəm ki, artıq tamamilə yunsanam. Yunsanlıq üçün canımdan keçməyə belə hazıram. Yaşasın yunsanlar və yunsanlıq. Mən fəxr edirəm. Fəxr edirəm ki, mən yunsanam!
P.S Yunsanlar bütpərəstdilər. Onlar ortancıl barmağa sitayiş edirlər.