Zakir Həsənovun cəbhə bölgəsinə səfəri davam edir - FOTOLAR

Zakir Həsənovun cəbhə bölgəsinə səfəri davam edir - FOTOLAR
Bütün Xəbərlər
17:02 13.11.2013
711

Bu gün Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov cəbhə bölgəsinə səfər edib.

AZXEBER.COM-un Müdafiə Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, səfərdə müdafiə nazirini Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov və digər yüksək rütbəli zabitlər müşayiət edirlər.

Ön cəbhədə yerləşən hərbi hissəyə baş çəkən Müdafiə Nazirliyinin rəhbərliyi ümummilli liderimiz Heydər Əliyevin büstü önünə əklil və gül dəstəsi qoyaraq öz ehtiramlarını ifadə edib.

Sonra düşmənlə təmas xəttindəki hərbi hissələrdə mövcud vəziyyətlə tanış olunub, döyüş növbəsi çəkən əsgər və zabitlərlə görüşlər keçirilib. Bir qrup hərbçiyə növbəti rütbələr verilib, medal və qiymətli hədiyyələr təqdim olunub.

Eyni zamanda, müdafiə naziri cəbhə bölgəsindəki müasir zirehli texnikaların döyüşə hazırlıq vəziyyəti, imkanları və effektiv istifadəsi, döyüş növbəsinin yüksək səviyyədə təşkili və aparılması, o cümlədən hərbi qulluqçuların mənəvi-psixoloji durumu ilə tanış olub.

Komandir heyətinin məruzələri əsasında müdafiə naziri nizam-intizamın gücləndirilməsi, silah-sursatla, hərbi texnika ilə davranışda təhlükəsizlik qaydalarına ciddi əməl edilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılması və sağlamlıqlarına diqqətin artırılması ilə əlaqədar tapşırıqlar verib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
20:56 19.07.2025
Prezident azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri möcüzə kimi dəyərləndirib
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
20:42 19.07.2025
İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik - İlham Əliyev
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
20:36 19.07.2025
Zuğulba şosesində avtomobildə baş verən yanğın sıxlığa səbəb olub
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
20:28 19.07.2025
İlham Əliyev Rusiya ilə Avropa İttifaqı arasında yaranmış təbii qaz böhranına münasibət bildirib
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
20:26 19.07.2025
Sumqayıtda ağır yol qəzası baş verib, yaralılar var
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
20:19 19.07.2025
Azərbaycan Prezidenti Ermənistanla sülh müqaviləsinin hansı halda imzalana biləcəyini açıqlayıb
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb
20:17 19.07.2025
Prezident Şuşa Forumunda öz siyasətinin təməl prinsiplərini sadalayıb