Zamiq ailəsi ilə Şuşada - FOTOLAR

Zamiq ailəsi ilə Şuşada - FOTOLAR
MAQAZİN
13:21 18.11.2025
146
Müğənni Zamiq Hüseynov ailəsi ilə birlikdə Şuşaya yollanıb.
 
AZXEBER.COM xəbər verir ki, o Şuşada oğlu Zeyn ilə çəkilən fotoları sosial media hesabında yayımlayıb.
 
Zamiq hisslərini dilə gətirərkən Şuşa ilə bağlı təklifini də irəli sürüb:
 
"İlk dəfə oğlumu Qarabağa apardım! Fizuli, Şuşa, Xankəndi, Xocalı, Ağdamı gördü. Çox qürur verici bir məqam idi. Mən bu yaşlarda çıxmışdım o torpaqlardan, toz-torpaq, tanklar, analarin qışqırtı səsləri ilə. O illər mənim ücün ən böyük travma idi. Bu gün Zəfər yolu ilə oğlumu ora apararkən icimdə o qədər qürur hissi var idi ki, sözlə ifadə edə bilmərəm. Bu qüruru bizə bəxş edən bütün qəhrəmanlarımızın qarşısında baş əyirəm.

Bu arada , Şuşada olarkən bir çox məkanlara getdik, çay icdik, kofe icdik, yemək yedik və icimdən belə bir hiss, təklif keçdi... Şuşa şəhərində yalnız 90-cı illərə gədər olan musiqilər səslənsin. Kafelər, hoteller, həttda radiolarda belə... Bilmirəm, oranın dalğası başqa olsun. Təsəvür edin, hotelə daxil olursan, Rəşid Behbudov oxuyur, kafede oturursan, Qara Qarayev əsərləri Tofiq Quliyev əsərləri, digər yerə kecirsən Şövkət xanım, Elmira xanım, İsa bulağında muğamlarımız səslənir!
 
Bir çox kücələrdə Üzeyir bəyin əsərləri, Bülbülün səsi eşidilir. Bunu yazarkən belə xoşbəxt oluram. Hətta maşınlara belə icazə verilməsin ki, yüksək səslə hansısa bir musiqi səslənsin, yalniz 90-cı illərə gədər olan musiqilər. Çünki mən Şuşaya gedərkən elə bilirəm ki, Azərbaycan incəsənət muzeyinə girirəm. Daşa divara toxunanda belə həyacanlaniram".
 
Aysel 

 

 

 

 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR