Zaqatalada 3 nəfərin ölümündə şübhəli bilinən dəstənin daha bir üzvü tutuldu

KRİMİNAL
17:58 09.12.2013
1593

Noyabrın 24-də Zaqatala rayonunda 3 nəfərin qətlə yetirilməsi və 1 nəfərin xəsarət alması faktı ilə əlaqədar başlanmış cinayət işi üzrə daxili işlər və prokurorluq orqanları əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin bütün hallarının tam, hərtərəfli və obyektiv araşdırılması istiqamətində zəruri və təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilib.

Trend-in Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsinə istinadən verdiyi məlumata görə, həyata keçirilmiş tədbirlər nəticəsində iş üzrə odlu silah və döyüş sursatları, külli miqdarda narkotik vasitə və iş üçün əhəmiyyət kəsb edən digər əşyalar maddi sübut kimi götürülüb, çoxsaylı şahidlər dindirilib, müvafiq ekspertizalar təyin olunub və digər zəruri istintaq-əməliyyat tədbirləri aparılıb.Qeyd edilən cinayətləri törətmələrində əsaslı şübhələr olduğundan Samir Osmanov, Vüqar Layıcov, Sabir Osmanov, Royal Saramanov, Pərviz Qarayev, Vüsal Əliqayev, Aydın Sayılov və Ömər Orucova Cinayət Məcəlləsinin 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürmə), 120.2.2, 120.2.7 (iki və ya daha çox şəxsi qəsdən öldürmə), 29, 120.2.1, 120.2.2, 120.2.7, 221.3 (xuliqanlıq, silahdan və ya silah qismində istifadə edilən əşyaları tətbiq etməklə törədildikdə) və 228.2.1-ci (qanunsuz olaraq silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə) maddələrində nəzərdə tutulan ittiham elan olunub və barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində cinayətin törədilməsində şübhəli bilinən hadisənin digər iştirakçısı Bədəlov Raqib Rasim oğlu dekabrın 9-da saxlanılıb.Hazırda cinayət işi üzrə Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində istintaq davam etdirilməklə cinayətin digər iştirakçılarının müəyyən edilərək istintaqa cəlb edilməsi istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb