Dünən axşam saatlarında Zaqatalanın fındıqçılıq sovxozunda yaşayan, 60 yaşlı Elminaz Xasiyevanın meyiti yaxınları tərəfindən xəstəxanaya gətirilib.
AZXEBER.COM Zaqatala Mərkəzi Rayon Xəstəxanasının qəbul şöbəsinə istinadən bildirir ki, bu gün ilkin tibbi və patoloji araşdırmalarla meyit üzərində heç bir zorakılıq əlaməti aşkarlanmayıb.Belə ki, Elminaz Xasiyeva yaşadığı evin yaxınlığında axan çaya yıxılaraq suda boğulub və elə oradaca keçinib. Qeyd olunub ki, E.Xasiyeva son vaxtlar epilepsiya xəstəliyindən əziyyət çəkirmiş.Fakla bağlı Zaqatala rayon Prokurorluğunda araşdırma başlanılıb.