Zaur Darabzadə: "AZTV-nin xəbərlərini çox bəyənirəm"

MARAQLI
09:39 30.03.2011
3228

“Piar işinin təşkili nece olmalıdır?” mövzusu ətrafında maraqlı diskussiya aparılıb. Qonaq hər bir məhsulun piara ehtiyac olduğunu deyib. Dinləyicilərə rəhbəri olduğu day.az radionun piar işi haqda məlumat verib. Qonaq qeyd edib ki, müasir dövrümüzdə sosial şəbəkələrdə çox uğurlu tanıtım kampaniyası aparmaq mümkündür. Darabzadə internetin üstünlüklərindən də danışıb: “Hazırda internet radiolar FM radiolardan daha perspektivlidir. Çünki bizim radionun dünyanın hər yerindən dinləmək mümkündür. Amma FM radioların əksəriyyəti yalnız Bakıda və Abşeronda yayımlanır”. 

Qonaq Azərbaycan televiziyalarının bugünki durumu haqda danışarkən qeyd edib ki, AZTV-nin xəbərlərini çox bəyənir. 

Qeyd edək ki, Nərmin Kazımova və Hacıbəy Heydərlinin təqdimatında “Relax” verilişi hər həftənin bazar ertəsi günü saat 15-də İRADİO.AZ-da canlı yayımlanır.

OXŞAR XƏBƏRLƏR