Zaur Mirzəzadənin vəkili: "Ali Məhkəmədən ədalətli qərar gözləyirik"

Zaur Mirzəzadənin vəkili: "Ali Məhkəmədən ədalətli qərar gözləyirik"
SOSİAL
15:24 06.08.2022
293
"Jurnalist Zaur Mirzəzadənin həbsi əsassızdır və ümid edirik ki, Ali Məhkəmə bu işlə bağlı ədalətli qərar verəcək”. 

Bu barədə Qaynarinfo-ya Apellyasiya Məhkəməsinin hakimi Faiq Qasımovun 17 may 2022-ci il tarixli hökmü ilə 5 il azadlıqdan məhrum edilən "Xalq.Az" və "Bakutimes.az” saytının baş redkatoru və Dünya Azərbaycanlıları İctimai Maarif Mərkəzinin rəhbəri Zaur Mirzəzadənin vəkili Kamran Musayev bildirib.

Məlumat üçün deyək ki, Sultanəli Qurbanov adlı şəxsin şikayəti əsasında Zaur Mirzəzadə və daha 4 nəfər barəsində külli miqdarda dələduzluq ittihamı ilə cinayət işi başlanıb. Məhkəmə istintaqı zamanı Zaur Mirzəzadənin təqsiri sübuta yetirilməyib və o, bəraət alıb. Bundan sonra ittiham tərəfi Bakı Ağır Cinayətlər Məhkəməsinin bəraət hökmündən Bakı Apellyasiya Məhkəməsinə protest verib. Məhkəmə protesti təmin edərək Zaur Mirzəzadəni 5 il azadlıqdan məhrum edib. Hazırda iş Ali Məhkəmədədir. 
 
Jurnalistin vəkili hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin hökmü ədalətsizdir: "Bakı Ağır Cinayətlər Məhkəməsində Zaur Mirzəzadənin təqsirsiz olduğu aydın olmuşdu. Onun bu işdə təqsiri olduğuna dair heç bir sübut yoxdur. Bu baxımdan, məhkəmə bəraət hökmü çıxarmışdı. Bəzən yazırlar ki, Zaur Mirzəzadə şərti cəza alıb. Xeyr. Ona şərti cəza verilməyib. O, bəraət aldığına görə azadlıqda idi. Hesab edirik ki, Bakı Apellayasiya Məhkəməsinin hökmü ədalətsizdir. Ona görə də Ali Məhkəməyə müraciət etmişik. Görək nə olur”.

Vəkil qeyd edib ki, Ali Məhkəmə Bakı Apellyasiya Məhkəməsinin hökmünü qüvvədə saxlayacağı təqdirdə Avropa Məhkəməsinə müraciət olunacaq.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
23:54 19.07.2025
Prezident Qlobal Media Forumundan paylaşım etdi - VİDEO
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
23:46 19.07.2025
Paolo von Şirak: Azərbaycan inkişaf edən gənc və gələcəyi parlaq ölkədir - VİDEO
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
23:37 19.07.2025
Aİ bu tarixdən benzinlə işləyən avtomobilləri qadağan edəcək
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
23:21 19.07.2025
Dağıstanda yol qəzasında 18 uşaq yaralanıb
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
23:06 19.07.2025
Suriya qüvvələri Əs-Suveydanın şimal və qərbində mövqe tutub
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
22:52 19.07.2025
Çin Tibetdə dünyanın ən böyük su elektrik stansiyasının tikintisinə başlayıb
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
22:42 19.07.2025
"Neftçi"nin yeni transfer hədəfi məlum oldu
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
22:24 19.07.2025
Tramp: "İranın yeni nüvə obyektləri məhv edilə bilər"
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
22:05 19.07.2025
Sumqayıtda tanışını bıçaqlamaqda şübhəli bilinən şəxs saxlanıldı
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
21:54 19.07.2025
Prezident: Azərbaycan ilə Ermənistan arasında etimadın zəmanəti beynəlxalq hüquq normaları olmalıdır
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
21:43 19.07.2025
Ukrayna Rusiyaya yeni danışıqlar raundu keçirməyi təklif edib
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
21:39 19.07.2025
“Azərbaycan mediasının inkişafı məni çox sevindirir” - İlham Əliyev
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
21:33 19.07.2025
İlham Əliyev: Fransa ilə Yeni Kaledoniya arasında baş verən hadisə tarixi presedentdir
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
21:27 19.07.2025
ADSEA jurnalistlərin 150 illik yubiley bayramını təbrik etdi - FOTOLAR
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
21:06 19.07.2025
Azərbaycan Prezidenti: Artıq cənnətin kiçik bir parçasını öz gözlərimizlə görürük
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik
21:02 19.07.2025
Prezident: Biz xarici investorları enerji sektoruna cəlb edirik