Tanınmış teleaparıcılar Zaur Baxşəliyevlə Günay Qələndərli Yeni ildə Moskvada məşhur ekstrasens Zirəddin Rzayevin qonağı olublar.
Bu haqda Zirəddin Rzayevin mətbuat xidmətindən məlumata verilib.
Məlumata görə, ATV-nin aparıcıları 2013-cü ili Zirəddin Rzayevin ailəsi ilə birlikdə Moskvada Şəmkirin qədim adını daşıyan “Annenfeld” restoranında qarşılayıblar.Televiziyanın tanınmış cütlüyü ailə həyatı qurduqdan sonra birlikdə qarşıladıqları ilk Yeni ili Moskvada Zirəddin Rzayevin ailəsi ilə keçirməklə ona qarşı doğma münasibəti olduqlarını göstəriblər.