Özbaşına tikinti və özbaşına tikintiyə mülkiyyət hüququnun tanınmasının şərtləri

Özbaşına tikinti və özbaşına tikintiyə mülkiyyət hüququnun tanınmasının şərtləri
Bütün Xəbərlər
20:04 12.11.2013
1010

Mülkiyyət hüququ ilə bağlı Azərbaycanda ən geniş yayılan problemlərdən biri özbaşına tikintinin aparılması nəticəsində həmin özbaşına tikintiyə mülkiyyət hüququnun əldə edilməsidir.

Bakı Hüquq Mərkəzi (BHM) hüquq şirkətinin hüquq məsləhətçisi Tahir Əliyev  bildirib ki, özbaşına tikinti, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan, şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak sayılır.Hüquqşünas qeyd edir ki, özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Həmin şəxsin ikintiyə dair sərəncam vermək, onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur.Lakin, özbaşına tikinti aparmış şəxs Mülki Məcəllənin müəyyən etdiyi tələblər daxilində həmin tikintiyə dair mülkiyyət hüququ əldə edə bilər."Mülki Məcəllənin tələblərinə əsasən, yalnız məhkəmə yolu ilə özbaşına tikintiyə mülkiyyət hüququ tanına bilər. Özbaşına tikintiyə mülkiyyət hüququnun əldə edilməsi üçün bu, ilkin şərtdir. Özbaşına tikintiyə mülkiyyət hüququ məhkəmə tərəfindən o şəxs üçün tanına bilər ki, tikinti aparılmış torpaq sahəsi onun mülkiyyətində olsun.Mülki Məcəllənin bu tələbi ikinci əsas şərtdir. Sonuncu şərt isə, həmin tikintinin saxlanması digər şəxslərin hüquqları və qanunla qorunan mənafelərini pozmaması və ya fiziki şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükə yaratmamasıdır”, - deyə hüquqşünas vurğulayıb.“Göründüyü kimi, özbaşına tikinti aparmış şəxs həmin tikintiyə mülkiyyət hüququ əldə etmək üçün ilk öncə məhkəməyə müraciət etməli, məhkəmə tikinti aparılmış torpaq sahəsinin həmin şəxsin mükiyyətində olmasını və digər şəxslərin hüquqları və qanunla qorunan mənafelərini pozmamasını və ya fiziki şəxslərin həyatı və ya sağlamlığı üçün təhlükə yaratmamasını araşdırmalıdır”.T.Əliyev, yalnız göstərilən şərtlər daxilində şəxs özbaşına tikintiyə mülkiyyət hüququ əldə edə biləcəyini söyləyib..Sonda hüquqşünas qeyd edib ki, özbaşına tikintinin sökülməsi ilə bağlı problemlər də öz aktuallığını qoruyur. Tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər.

OXŞAR XƏBƏRLƏR