Türkiyənin məşhur müğənnisi Özcan Denizin hekayəsi əsasında çəkilən “Hardasan Füruzə?” filminin təqdimatında bəzi sirləri məlum olub.
Filmdəki Füruzə rolunu canlandıran müğənni Yeliz Özcan Denizlə yaşadığı böyük məhəbbətin xırdalıqları barədə danışıb.“Hazırda kanallardan birində yayımlanan məhşur yemək proqramlarından biri gedirdi. Orada Kemal Başbuğ, Mahsun Kırmızıgül və digər sənətçilər də vardı. Orda onu gördüm. Çox aşiq oldum. Onu 12 gün evdən buraxmadım. Onu evdə bağlamışdım. Atama, “mən onu çox sevirəm” deyəcəyim bir kişidir. Kaş evimin dili olsaydı, onu necə sevdiyimi deyəydi”, - deyə Yeliz bildirib.