Zelenski: Rusiyanın bizi işğal etmək gücü yoxdur

Zelenski: Rusiyanın bizi işğal etmək gücü yoxdur
DÜNYA
14:41 12.03.2026
198
Volodimir Zelenski Rusiya ilə davam edən müharibə ilə bağlı açıqlama verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski Rusiya–Ukrayna müharibəsinin gedişatını qiymətləndirib.
 
Zelenski müharibənin daha tez başa çatmasının ABŞ və Avropanın qətiyyətli mövqeyindən asılı olduğunu bildirib.

O qeyd edib ki, əgər Qərb ölkələri Rusiyanın neft və qazını almasa və Moskvaya qarşı təzyiqlər gücləndirilsə, müharibə daha tez bitə bilər. Zelenskinin sözlərinə görə, sanksiyalar və beynəlxalq təzyiq kifayət qədər güclü olmazsa, müharibə gözləniləndən daha uzun davam edə bilər.

"İnsanlar bu müharibənin mümkün qədər tez, hətta dünən bitməsini istəyir. Amma nə olursa olsun, Rusiyanın bizi işğal etmək gücü yoxdur. Sadə dillə desək, onların bu cür gücü yoxdur”, – deyə Zelenski vurğulayıb.
 
Gülay
OXŞAR XƏBƏRLƏR